​Rusiyada qadınlar bu halda adam öldürə bilərlər - DUMA QƏRAR QƏBUL ETDİ

Baxış sayı:
1805

Qadın təcavüzü və cinayətlərinin yüksək səviyyədə olduğu ölkələrdən biri olan Rusiyada bununla bağlı yeni qanun hazırlanıb. Parlament komissiyası tərəfindən hazırlanan qanun qəbul edilib və rəsmi olaraq qüvvəyə minib. Muxalifet.az xəbər verir ki, parlamentdə qəbul edilən qanun qadınlara təcavüz cəhdlərində özünümüdafiə hüququ verir. Qanuna görə, cinsi təcavüzə məruz qalan qadına qarşı tərəfə xəsarət yetirmək və ya öldürməklə bağlı icazə verilib. Statistikaya görə, Rusiyada hər il 14 min qadın kişilər tərəfindən öldürülür. Eynilə, hər il 2 min uşaq öldürülür. Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, bütün cinayətlərin 40 faizi evdə, 93 faizi qadınlara qarşı törədilir.