Rusiyada polisə rüşvət vermək istəyən azərbaycanlı saxlanıldı

Baxış sayı:
3178

Rusiyanın Tver vilayətinin Krasnıy Xolm şəhərində polis əməkdaşına rüşvət verməyə çalışan 45 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.  
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, dekabrın 14-də həmin şəxs inzibati qaydada məsuliyyətə cəlb olunub.
Məlumata görə, azərbaycanlı 740 küknar ağacının qanunsuz daşınmasını həyata keçirib. İnzibati yoxlamaları sürətləndirmək və müsadirə olunmuş ağacların qaytarılması üçün Rusiya Daxili İşlər Nazirliyinin Krasnoxolmsk bələdiyyə şöbəsinin əməkdaşına 15 min rubl məbləğində (təxminən 400 manat) rüşvət verməyə cəhd edib.
Təqsirləndirilən şəxsə 40 min rubl (min manata yaxın - red.) məbləğində cərimə yazılıb.