​Rusiyada poliqonda partlayış: 2 HƏRBÇİ ÖLDÜ

Rusiyanın Zabaykal vilayətinin “Tsuqol” poliqonunda partlayış baş verib.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb.
Partlayış nişangah ərazisinin partlamamış mərmilərdən təmizlənməsi zamanı baş verib. Nəticəsində iki nəfər həlak olub. Onlardan birinin zabit, digərinin isə əsgər olduğu vurğulanıb. 4 yaralının olduğu bildirilir.