Rusiyada onlayn iclasda nazir qadının geyiminə görə mübahisə düşdü - VİDEO

Baxış sayı:
2383

Rusiya Federasiyasının Yakutiya Respublikasında onlayn keçirilən məclis iclasında Pyotr Ammosov adlı deputat Sahibkarlıq, Ticarət və Turizm naziri İrina Vısokixin məruzəsini dinlədikdən sonra dava salıb.

“Bu gün sağlam bir kişi kimi sizin çıxışınıza yox, dekoltenizə baxdım. Bu heç də yaxşı deyil”, - deyə P.Ammosov bildirib.

Bu barədə “Haber Global” məlumat yayır.

Buna reaksiya verən Vısokix bu cür açıqlamaların qəbuledilməz olduğunu və qarderobundakı paltarları heç kimlə müzakirə etmək niyyətində olmadığını bildirib.

Məclis sədri millət vəkilinin sözünü kəsərək mikrofonunu bağlayıb.