Rusiyada neftayırma zavodu yanır

Baxış sayı:
4291

“Rosneft”ə məxsus olan Xabarovsk diyarındakı Komsomolsk neftayırma zavodundan yanğın başlayıb.
Rusiya FHN-nin regional idarəsi yanğın haqqında yerli vaxtla saat 12:50-də (Bakı vaxtı ilə 06:50) məlumat daxil olduğunu bildirib.
Hazırda yanğının söndürülməsi üçün hadisə yerində 14 texnika və 50 yanğlnsöndürən çalışır.
Zərərçəkənlər barədə məlumat yoxdur.
Yanğının söndürülməsi üçün hadisə yerinə yanğınsöndürmə qatarı göndərilib./Axar