Rusiyada əlillər evində yanğın, 12 yaralı var

Rusiyanın İrkutsk şəhərində ikimərtəbəli əlillər evində  yanğın olub. 
“Qafqazinfo” xəbər verir ki, yanğın nəticəsində 12 nəfər xəsarət alıb, 5-nin vəziyyəti ağırdır. Qeyd edək ki, şəxsi ev yaşlı, əlil insanların qısamüddətli yaşayışı üçüç nəzərdə tutulub.