Rusiyada koronavirusun təhlükəli növü aşkarlandı

Baxış sayı:
944

Rusiyada koronavirusun "Britaniya ştammı"na ilk yoluxma aşkarlanıb.

Bu barədə "RİA Novosti" agentliyi bildirib.

Məlumata görə, koronavirusun yeni ştammı ölkəyə Britaniyadan qayıdan vətəndaşda qeydə alınıb.

Qeyd edək ki, yeni ştamm ilk dəfə ötən il dekabrın ortalarında Britaniyada aşkarlanıb. Koronavirusun bu növü əvvəlki variantdan 70 faiz daha yoluxucudur. Buna görə də təhlükəli sayılır. Lakin yeni ştammdan ölüm halının qeydə alınması barədə məlumat yoxdur.