Rusiyada koronavirusdan ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB

Baxış sayı:
1776

Rusiyada koronavirusdan daha bir ölüm halı qeydə alınıb.

"RİA Novosti"nin xəbərinə görə, bununla da Rusiyada "COVİD-19"dan ölənlərin sayı 9-a çatıb.

***

12:22

Son sutka ərzində Rusiyada yeni növ koronavirusa yoluxanların sayı 270 nəfər təşkil edərək ümumilikdə 1534 nəfərə çatıb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, yoluxma 65 region üzrə müəyyənləşib.

Yoluxanlardan 64 nəfər sağalıb, 8 nəfər ölüb.