Rusiyada koronavirusa yoluxanların sayı 2 000 nəfəri ötdü

Baxış sayı:
269

Rusiyada koronavirus daşıyıcılarının rəsmi sayı 2 337 nəfərə çatıb.

TASS xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, son sutkada daha 500 nəfərdə infeksiya aşkarlanıb

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 200 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 788 000-ü ötüb. Bunların 166 424 nəfəri sağalıb, 37 877 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.