Rusiyada İŞİD-in lideri ÖZÜNÜ PARTLATDI

Baxış sayı:
5692

Rusiyanın Rostov vilayətində İŞİD terror qruplaşmasının yerli qrupunun başçısı tutulma zamanı həlak olub.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Federal Təhlükəsizlik Xidmətindən bildirilib.
İdarənin məlumatına görə, qrupun üzvləri ölkənin cənubunda silah və əldəqayırma partlayıcı qurğuların tətbiqiylə terror hücumları hazırlayırdılar. Xüsusi əməliyyat zamanı İŞİD-in yerli bölməsinin başçısı həlak olub. O müqaviməti göstərib və üzərində olan əldəqayırma partlayıcı qurğunu işə salıb.
Qrupun üç üzvü saxlanılıb.