Rusiyada həyəcan siqnalı: əhali sürətlə azalır

Baxış sayı:
1975

Rusiya Federasiyasında əhalinin təbii azalması ilə bağlı pik həddə vəziyyət "çox xoşagəlməz"dir, demoqrafiya sahəsinə yönəlmiş milli layihə bu durumu düzəltməyə çalışır. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
Muxalifet.az 
bu barədə "İnterfaks" agentliyinə istinadla xəbər verir.

“Həqiqətən, prezident və sosial sahədəki bütün rəhbərlərimiz tərəfindən dəfələrlə ifadə edilən demoqrafik çatlar indi kuliminasiya nöqtəsindədir. Vəziyyət, əlbəttə ki, bu baxımdan çox xoşagəlməzdir. İki demoqrafik çuxur birləşdi”  Peskov cümə günü jurnalistlərə bildirdi.
Peskov əlavə etdi ki, mövcud demoqrafik böhran " ölkəmizin keçmiş onilliklərdən qalmış və bizim çiyinlərimizə düşən mirasıdır".
"Demoqrafiya sahəsində milli layihə, bu demoqrafik çatın nəticələrini minimuma endirməyə yönəlmişdir. Bu tədbirlər planı mənfi nəticələri minimuma endirmək və vəziyyətin əhali artımı baxımından mənfidən müsbətə doğru sürətlə keçilməsini təmin etmək üçün hazırlanmışdır" Peskov dedi.
Daha əvvəl Federal Dövlət Statistika Xidməti 2019-cu ilin yanvar-sentyabr aylarında əhalinin təbii artımında 236,9 min nəfər azalma olduğunu (2018-ci ilin yanvar-sentyabr aylarında 173,4 min nəfərə qarşı) qeyd etdi. Mediada yayılan məlumatlara görə, bu ilki rəqəmlər 11 il üçün rekord göstərici oldu.
Noyabr ayında Hesablama Palatası bu nəticyə gəldi ki, Rusiyada əhalinin təbii artmının azalmasının ard-arda dördüncü ildir sürətləndi. Bu situasiya, Rusiya Federasiyasında əhalinin davamlı təbii artımını təmin edən milli məqsədin həyata keçirilməsi üçün böyük təhdiddir.
Muxalifet.az