Rusiyada əhali ETİRAZ AKSİYASINA AXIŞIR - VİDEO

Rusiyada korrupsiya əleyhinə mitinqlər başlayıb.
 
Mitinqlərin 200-ə yaxın şəhərdə keçirilməsi nəzərdə tutulur. Xüsusi aktivlik Vladivostok, Novosibirsk, Peterburq, Kazan və Moskvada hiss edilir. Vladivostok, Novosibirskdə etiraz aksiyasına çıxanların sayı 5000 nəfərə çatıb.
Peterburqda şəhərin mərkəzinə xüsusi təyinatlılar yeridilib. Moskvada isə mitinqə Saxarova prospektində keçirilməsinə izn verilməyib. Buna görə də mitinq Tverski küçəsinə keçirilib.
Mitinqin təşkilatçısı Korrupsiya ilə Mübarizə Fondu və rəhbəri Aleksey Navalnıdır.