Rusiyada futbolçuların olduğu avtomobil qəza törətdi - VİDEO

Baxış sayı:
2192

Rusiyanın Krasnodar şəhərində futbolçuların iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Məlumata görə, insidentin səbəbkarı qırmızı rəngdə olan "BMW" markalı nəqliyyat vasitəsi olub. Bu avtomobilin sürücüsü polisin "dayan" əmrinə tabe olmayıb və hüquq-müfafizə orqanlarının avtomobili  qovması nəticəsində belə hadisə baş verib. İnsident videokameralar tərəfindən lentə alınıb. 

Məlum olub ki, avtomobil hazırda Estoniyanın "Nımme Kalyu" futbol komandasında çıxış edən Amir Natxo adlı futbolçuya məxsusdur. 24 yaşlı yarımmüdafiəçi İsrail millisinin futbolçusu, Rusiyada MOİK və "Rubin" klublarındakı çıxışı ilə tanınan Bibras Natxonun qardaşıdır. 

Sükan arxasında isə o yox, Maykop "Drujba"sının sabiq oyunçusu Alan Xakonov olub. A.Natxo maşınını sürməyi A.Xakonova etibar edərək, özü də sərnişin kimi yanında əyləşib.

Hadisədən sonra sürücü polisdən yayınmağa çalışsa da, tezliklə tutulub./Report

 

 

Бывший футболист "Дружбы" на автомобиле Амира Натхо

 

Embedded video

 
 

 

 

 

Бывший футболист "Дружбы" на автомобиле Амира Натхо

 

Embedded video