Rusiyada futbol matçları zamanı stadionlarda pivə satışına icazə veriləcək

Baxış sayı:
17479

Rusiya Dövlət Dumasının Bədən tərbiyəsi, idman, turizm və gənclər məsələləri komitəsi futbol matçları zamanı stadionlarda pivə satışına qoyulan qadağanı qaldıran qanun layihəsi tövsiyə edib.

"Report"un məlumatına görə, qanun layihəsi birinci oxunuşda nəzərdən keçiriləcək. İkinci oxunuşda digər idman növləri üzrə federasiyaların sorğuya cavabları əsasında düzəlişlər qəbul ediləcək.

Qeyd edək ki, Rusiyada idman obyektlərində pivə satışına qoyulan qadağa 2005-ci il yanvarın 1-dən qüvvədədir.