​Rusiyada futbol matçının açılışında ayı iştirak edib - FOTO/VİDEO

Baxış sayı:
763

Futbol üzrə Rusiya çempionatının II Divizionunun cənub zonasında keçirilmiş "Maşuk-KMV" - "Anquşt" matçının açılışını Tima ləqəbli ayı edib.
Muxalifet.az xəbər verir ki, Pyatiqorsk şəhərindəki oyundan əvvəl təlim keçmiş ayı meydanın kənarında arxa pəncələri üstə oturaraq, bir neçə dəfə əl çalıb. Matçın açılışı zamanı isə ayı topu baş hakimə verib.
Qeyd edək ki, görüş "Anquşt"un 3:0 hesablı qələbəsi ilə başa çatıb.