Rusiyada FACİƏ: 15 ölü, 13 itkin - FOTO/VİDEO

Baxış sayı:
556

Rusiyanın Krasnoyarsk diyarının Kuragino rayonunda qızıl mədənindəki bəndin uçması nəticəsində fəhlə yataqxanasında qalan 15 nəfər ölüb, 13 nəfər isə itkin düşüb.
Publika.az "RİA "Novosti"yə istinadən xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, hadisə yerinə nazirliyə məxsus 6 helikopter, bir neçə kater, 300 nəfər canlı qüvvə cəlb edilib, Hazırda qəzanın nəticələri aradan qaldırılır, itkin düşənlərin axtarışı aparılır.

***

08:00

Rusiyanın Krasnoyarsk diyarının Kurqan rayonunda Seyba çayında quraşdırılan qızıl mədən artelinin texnoloji anbarının bəndi uçub.
Muxalifet.az RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, nəticədə işçi qəsəbəsində olan iki müvəqqəti yataqxana su altında qalıb.
Rusiyanın Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən son məlumata görə, bəndin dağılması nəticəsində ölənlərin sayı 11-ə satıb.
“Həlak olmuş 11 nəfərin bədənləri aşkar edilib”, - agentliyin həmsöhbəti deyib.
Nazirliyin Baş komitəsinin informasiyasına görə, 14 nəfərin taleyi naməlumdur, 4 nəfər xəstəxanalara çatdırılıb, daha 15 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.
FHN-dən bildirilib ki, hazırda hadisə yerində aviasiya da daxil olmaqla, 270 nəfər və texnikanın təxminən 50 vahidi işləyir. Həmçinin, qonşu Xakasiyadan yardımın çağırılması haqqında qərar qəbul edilib.