​Rusiyada etirazlar qızışdı: Navalni həbs edildi - Foto

Baxış sayı:
3652

Rusiya Prezidenti Vladimir Putinə qarşı başlayan etirazlarda müxalifət lideri Aleksey Navalni həbs edilib.
Muxalifet.az xəbər verir ki, Navalni həbs edildikdən sonra Tvitterdən etirazçılara davam etmələri barədə ismarıc göndərib.
“Uşaqlar, mən yaxşıyam. Məni azadlığa çıxarmağa çalışmayın. Tverskayada (Moskvada əsas küçələrdən biri) yürüşlərə davam edin. Günün mövzusu rüşvətxorluqla mübarizədir”,- deyə o yazıb.
Etirazçılar “Putinə lənət olsun”, “Putinsiz Rusiya” kimi şüarlar səsləndirib. İcazəsiz keçirilən aksiyada baş nazir Dimitri Medvedyevin də istefası tələb olunub.
Qeyd edək ki, Aleksey Navalninin rəhbərliyi ilə Rusiyanın müxtəlif şəhərlərində etirazlar başlayıb.