Rusiyada etiraz dalğası: 17 min insan... - Video

Rusiyada müxalifətçi Aleksey Navalnının təşkilatçılığı ilə anti-korrupsiya aksiyaları başlayıb.
 
İlk etiraz səsləri Xarabrovsk, Cənubi Saxalin və Vladivostokdan gəlib.
Rusiya üzrə aksiyalara 17 mindən çox insan qatılıb. Polisdən verilən məlumatlara görə, etirazlar zamanı 22 nəfər saxlanılıb. Onlardan 3-ü yeniyetmədir.
Məlumatlarda bildirilib ki, Moskva, Kazan, Krasnoyarsk, Omsk, Tomsk, İrkutsk, Çelyabisnk şəhərlərində keçirilən aksiyalar insidentisz başa çatıb.
Aksiyalarla əlaqədar saxlanılanlardan biri də müxalifət lideri Aleksey Navalnı olub. Bununla bağlı onun həyat yoldaşı Yuliya məlumat verib. O, Navalnının yaşadığı evin girişində saxlanıldığını bildirib.
Bu arada, Rusiya Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib. Müraciətdə insanların icazəsiz aksiyalara qoşulmaması ilə bağlı çağırış yer alıb.