Rusiyada ermənilərlə yezidi kürdlər arasında kütləvi dava düşüb

Baxış sayı:
1012

Rusiyanın Yekaterinburq şəhərində “Taqanskiy ryad” bazarında yezidi kürdlərlə ermənilər arasında atışma və kütləvi dava olub.

“Report” xəbər verir ki, bu barədə “Arqumentı i faktı.Ural” qəzeti məlumat yayıb.

Bildirilib ki, bazarda ermənilər və yezidi kürdlərin sahibkarlıqla məşğul olan nümayəndələri arasında baş verən mübahisə kütləvi dava-dalaş çevrilib.