​Rusiyada DƏHŞƏT: Küçə itləri 25 yaşlı gənci parçalayıb öldürdü - FOTO

Baxış sayı:
6367

Sahibsiz itlər 25 yaşlı gənci parçalayıb öldürdü. Muxalifet.az Rusiya mediasına istinadən xəbər verir ki, fevralın 26-da Rusiyanın Vladimir şəhərində sahibsiz itlər səhər küçədən keçən 25 yaşlı oğlana hücum edərək dişləməyə başlayıblar. Oğlan itlərdən yaxasını qurtara bilməyib və nəticədə ağır yaralanıb. Uzun müddət yerdə, qarın üzərində qalan yaralını yoldan keçənlər təsadüfən aşkarlayıb. Sahibsiz itlərin hücumu nəticəsində ağır yaralanan gəncin ürəyi təcili yardım maşınında dayanıb. Onun qanı isə hadisə yerində qarın üzərinə axaraq dəhşətli mənzərə yaradıb. Yerli sakinlər dəfələrlə sosial şəbəkələr vasitəsilə hadisənin baş verdiyi qarajın ətrafında dolaşan aqressiv itlərdən şikayət ediblər.