​Rusiyada bu təyyarələrin istismarı dayandırıldı

Baxış sayı:
2215

Rusiyada An-148 təyyarələrinin istismarı dayandırılıb.
Muxalifet.az-ın məlumatına görə, bunu bu gün Rusiyanın Nəqliyyat Sahəsində Federal Nəzarət Xidmətinin rəhbəri Viktor Basarqin bildirib.
Eyni zamanda yoxlamalar başa çatana qədər "Saratov Aviayolları" şirkətinə məxsus bütün təyyarələrinin uçuşları qadağan edilib.
Qeyd edək ki, bu il fevralın 11-də yerli vaxtla saat 14.21 radələrində Moskvanın "Domodedovo" hava limanından qalxan və Orska uçan "Saratov Aviayolları" şirkətinə məxsus An-148 tipli təyyarə uçuşdan 2 dəqiqə sonra radardan itib. Göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olan təyyarənin qalıqları Moskva ətrafında Ramensk rayonunun Stepanovsk kəndi ərazisində aşkarlanıb. Qəza nəticəsində 65 sərnişin və 6 heyət üzvü həyatını itirib.