Rusiyada başlanan çılğınlıq böyüyür - indi də metroda ayaqyalın gəzmək dəbi başlanıb

Baxış sayı:
3807

Rusiyada misli görünməmiş bir çılğınlıq başlanıb.

Musavat.com dünya mediasına istinadən xəbər verir ki, bu dəfə də rus qadınlar metrolarda ayaqyalın gəzirlər. Onlar qatarlara ayaqyalın minir və bunu sosial media vasitəsilə paylaşırlar. Əksərən qadınların maraq göstərdiyi bu axının təqibçiləri metro stansiyalarında ayaqqabısız gəzməyi bir fərqlilik hesab edirlər. Amma bir çox trendlər kimi - başdan buzlu su tökmək, təpiklə butulka qapağı açmaq - bu aksiyanın da hər hansı faydası, bəşəri mesajı, mahiyyəti yoxdur. Sadəcə dəbdir və virus kimi yayılır. İşin maraqlı tərəfi isə odur ki, bu vəziyyətin hara gedər davam edəcəyini heç kim bilmir.

Rusya'da doğan çılgınlık büyüyor!

"Yalın ayaq" olaraq adlandırılan bu axının təqibçilərinə gün boyu ayaqyalın gəzmək dəvəti göndərilib. Kişilər bu axına o qədər də reaksiya göstərməyib. Amma daha çox qadınlar bəzəkli ayaqqabılarını əllərində tutaraq ayaqyalın şəkil çəkdirir, bunu sosial media vasitəsilə paylaşırlar.

Rusya'da doğan çılgınlık büyüyor!

33 yaşındakı Polina Smerç adlı bloger tərəfindən başlanan hərəkat böyük marağa səbəb olub. Amma P.Smertç soyuq havalarda bu aksiyanın 3 saatdan artıq olmamasının vacibliyini bildirib. Sosial mediada görüntülənən "Yalın ayaqlar"ın aksiyası isə qaydalara uymur.

Metro səlahiyyətliləri bu hərəkətin yaralanmalara səbəb olacağını əsas gətirərək, sərnişinlərə bu aksiyadan imtina etmələri ilə bağlı xəbərdarlıq edib. Bundan başqa, onlar ayaqyalın gəzmənin sağlamlıq problemlərinə səbəb olacağını vurğulayıb.

Rusya'da doğan çılgınlık büyüyor!

Rusya'da doğan çılgınlık büyüyor!