​Rusiyada baraj çökdü - FOTO

Baxış sayı:
323

Müxalifət.az RİA Novosti-yə istinadən bildirir ki, Rusiyanın Krasnoyarsk diyarının Şetinkino qəsəbəsində Seyba çayı üzərində qızıl mədəni artelinin texnoloji su anbarı  çöküb.
Bu haqda regional FHN-nin saytında xəbər verilib.
Hadisə yerli vaxt ilə saat 06.00-da baş verib. Qəza nəticəsində iki fəhlə yataqxanası su altında qalıb. 11 nəfər həyatını itirib, 14 nəfər yaralanıb. Ən az 10 nəfərin itkin düşdüyü bildirilir. Hadisənin səbəbləri araşdırılır.