Rusiyada bacısını və övladlarını girov götürən erməni 200 milyon dollar istəyib - VİDEO

Baxış sayı:
1767

Rusiyanın Stavropol diyarının Pyatiqorsk şəhərində öz bacısını və onun iki azyaşlı oğlunu girov götürən erməni əsilli şəxs saxlanılıb.
Muxalifet.az yeniavaz.com-a istinadən bildirir ki, 29 yaşlı Hovsep M. yaşadığı Moskva şəhərindən Pyatiqorsk şəhərinə gələrək bacısını və onun iki azyaşlı oğlunu girov götürüb. 
Hadisə yerinə Stavropol diyarının qubernatoru Vladimir Vladimirov gəlib. Hovsep M. hüquq-mühafizə orqanlarına bildirib ki, girovları Rusiya Ermənistana 200 milyon dollar yardım etdikdən sonra azad edəcək.
Bildirilir ki, Hovsep M. yaşadığı şəhərdə boks müəllimi işləyib. İddia olunur ki, erməni əsilli şəxs bacısını və onun iki azyaşlı oğlunu girov götürməzdən əvvəl hansısa dərmanları qəbul edib.