Rusiyada azərbaycanlını öldürən erməni ölkəsinə ekstradisiya olunacaq

Baxış sayı:
15700

Rusiyada azərbaycanlını qətlə yetirdiyinə görə azadlıqdan məhrum olunmuş Ermənistan vətəndaşı Arman Arakelyan ölkəsinə ekstradisiya olunacaq.

Bunu news.am-a Arman Arakelyanın oğlu Qurgen Arakelyan deyib.

Onun sözlərinə görə, Arman Arakelyanın ekstradisiyası 1-2 ay vaxt aparacaq.

"Ekstradisiyanın həyata keçirilməsi üçün müəyyən proses var, hansı ki, hələ başa çatmayıb", - deyə o bildirib.

Qeyd edək ki, Rusiya daha əvvəl Arman Arakelyanı Ermənistana ekstradisiya etməyə hazır olduğunu bildirib. Lakin Ermənistanın keçmiş ədliyyə naziri Artak Zeynalyan bunu məqsədəuyğun hesab etməyib.

Arman Arakelyan Rusiyada azərbaycanlını qətlə yetirdiyinə görə, 18 il müddətinə azadlıqdan məhrum edilib. O, artıq 4 ildir Murmansk həbsxanasında cəza çəkir.

“Report” xatırladır ki, Arman Arakelyanın oğlu və qohumları qatilin ekstradisiya edilməsi tələbi ilə Ermənistanda, hökumət binası qarşısında aksiya keçiriblər.