Rusiyada azərbaycanlı taksi sürücüsü qətlə yetirildi

Baxış sayı:
12937

Bu gün Rusiyanın Nefteyuqansk şəhərində Çeuskinski kanalının sahilində üzərində çoxsaylı bıçaq yarası olan kişi meyiti tapılıb.

Muxalifet.az Rusiya KİV-nə istinadən xəbər verir ki, öldürülən şəxsin 26 yaşlı Azərbaycan vətəndaşı, Nefteyugansk sakini Məhəmməd Quliyev olduğu bildirilib. O, şəhərdə taksi sürücü işləyirmiş. Bir gün öncə polisə onun itkin düşməsi ilə bağlı müraciət olunub.  Məhəmməd Quliyevin avtomobili isə Nefteyuqanskın digər ərazisində tapılıb.

Rusiya Daxili İşlər Nazirliyinin Cinayət istintaq idarəsi artıq qətl hadisəsində şübhəli bilinən 28 yaşlı Nefteyuqansk sakinini saxlayıb. Qətli törətməkdə şübhəli bilinən şəxs əvvəllər də müxtəlif dərəcəli cinayətlər törətməkdə ittiham olunub.

Xəbərdə bildirilir ki, İstintaq zamanı təqsirləndirilən şəxslə birlikdə mərhumun avtomobilini oğurlayan Nefteyuqansk şəhərinin başqa bir sakini də saxlanılıb. Bu şəxsin qətldə iştirakı barədə dəqiq məlumatın olmadığı bildirilib.

Qeyd edək ki, ilkin ehtimala görə, qətl tamah məqsədi ilə törədilib.