Rusiyada azərbaycanlı hovuzda boğulub

Rusiyanın Rostov şəhərində azərbaycanlı hovuzda batıb.
 
 “yuga.ru”-nun verdiyi məlumata görə, hadisə ötən gün səhər saatlarında şəhərdəki otel komplekslərindən birinin hovuzunda baş verib. 37 yaşlı azərbaycanlının meyiti kompleksin əməkdaşları tərəfindən tapılıb. Rusiya İstintaq Komitəsinin Rostov vilayəti üzrə şöbəsinin mətbuat xidməti hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırman aparıldığını açıqlayıb.