Rusiyada azərbaycanlı BIZNESMEN ÖLDÜRÜLDÜ

Naməlum şəxs və ya şəxslər Ceyhun Cəfərova odlu silahdan atəş açıblar
Rusiyanın Saratov vilayətində azərbaycanlı işadamı Ceyhun Cəfərov öldürülüb.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda Saratov vilayəti İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
İnformasiyaya görə, naməlum şəxs və ya şəxslər C.Cəfərova odlu silahdan atəş açıblar.