​Rusiyada azərbaycanlı 9 il müddətinə azadlıqdan məhrum edildi

Rusiyada cari ilin aprelində qətl törədən Azərbaycan vətəndaşı 9 il 6 ay azadlıqdan məhrum edilib.
Muxalifet.az-ın “ural56.ru” saytına istinadən verdiyi məlumata görə, hadisə Orsk şəhərinin Çerniqovsk küçəsində baş verib.
Məlum olub ki, Azərbaycan vətəndaşı 30 min rubla tapança alıb və qadın qohumunu təhqir edən şəxsə 4 dəfə atəş açmaqla qətlə yetirib. Azərbaycanlı günahını etiraf edib və bu yolla qohumunun namusunu qorumaq istədiyini bildirib.