​Rusiyada axtarışda olan şəxs Bakıda oğurluq edib

Baxış sayı: 145

Rusiyada axtarışda olan şəxs Azərbaycanda tutulub.
 
Muxalifet.az xəbər verir ki, bu haqda Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 13-də rayon ərazisindəki moda evlərindən birindən 2200 manat pul oğurlamaqda şübhəli bilinən, habelə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci maddəsi (oğurluq) ilə axtarışda olan Lənkəran rayon sakini Hacıağa Əbilov tutulub.