Rusiyada ard-arda GÜCLÜ PARTLAYIŞLAR, yaralılar var - VİDEO/YENİLƏNDİ

Baxış sayı:
6616

Rusiyanın Nijeqorod vilayətindəki “Kristal” zavodunda baş verən partlayışlar nəticəsində 39 nəfər xəsarət alıb.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, yaralananlardan 4 nəfərinin vəziyyəti ağırdır. Doqquz nəfər yüngül yara alıb. Həlak olan yoxdur. Zavoddakı açıq yanğın söndürülüb.
Bu gün zavodun trotil istehsalı sexində bir neçə partlayış olub. Bundan sonra yanğın başlayıb. Yaralananlar əsasən zavodun işçiləri və yaxınlıqdakı binaların sakinləridir. Hadisə ilə əlaqədar Dzerjinskdə və ətrafdakı üç qəsəbədə fövqəladə vəziyyət elan olunub.

*** 

Rusiyanın Nijni Novqorod vilayətində trotil istehsalı zavodunda ard-arda güclü partlayışlar olub.
Məlumata görə, partlayışlar nəticəsində istehsal sexinin 100 kvadrat metr ərazisi tamamilə dağılıb, 19 nəfər xəsarət alıb.
Bildirilir ki, partlayışlar nəticəsində yaxınlıqdakı binaların şüşələri sınıb, ətraf qəsəbədə elektrik enerjisi kəsilib.