​Rusiyada aparıcı ölü tapılıb - YENİLƏNİB

Rusiyanın məşhur teleaparıcısı Boris Notkin intihar edib. 
Muxalifet.az Rusiya KİV-ə istinadən xəbər verir ki, aparıcının cəsədinin yanında həyatdan könüllü surətdə getdiyini bildirdiyi məktub tapılıb.
Qeyd edilir ki, iki həftə əvvəl B.Notkin yaxınlarına özünümüdafiə üçün silah almaq istədiyini bildirib. Lisenziya əldə etdikdən sonra, yoldaşı ilə birlikdə silah alıb. Həmin silah aparıcının cəsədinin yanında tapılıb.
Boris Notkinin son zamanlar ağır xəstə olduğu bildirilir.