​Rusiyada Anar Allahverənov üzərində SƏS-KÜYLÜ MƏHKƏMƏ PROSESİ BAŞLAYIR

Baxış sayı:
1454

Xabarovskda pauerrliftinq (ağırlıq qaldırma - red.) üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətli ilə bağlı ilkin dinləmələr yanvarın 15-nə təyin olunub.
Bu barədə RİA Novosti Xabarovsk məhkəməsinin nümayəndəsinə istinadən məlumat yayıb.
“İş üzrə ilkin dinləmələr yanvarın 15-i gününə təyin olunub. İclas qapalı rejimdə keçiriləcək. Həmin dinləmələrdə proses üzrə ilk məhkəmə iclasının tarixi, həmçinin prosesin qapalı və ya açıq keçiriləcəyi müəyyənləşdiriləcək”, – deyə agentliyə müsahibə verən nümayəndə bildirib.
Xatırladaq ki, 20 avqust 2017-ci il tarixində Xabarovskda kafenin qarşısında Andrey Draçyovla təqsirləndirilən şəxs Anar Allahverənov arasında mübahisə düşüb. İstintaqın versiyasına görə, təqsirləndirilən şəxs yumruq və təpiklərlə zərərçəkənin baş və bədən nayihəsinə çoxsaylı zərbələr endirib. Aldığı xəsarətlərin ağırlığından Draçyov xəstəxanada dünyasını dəyişib.
İstintaq Komitəsi qətllə bağlı cinayəti işi açıb. Təqsirləndirilən şəxs hadisədən bir ay sonra hüquq-mühafizə orqanlarına təslim olub.