Rusiyada ABŞ-a gözdağı: Nüvə bombardman təyyarələrini göndərdi

Baxış sayı:
7852

Rusiya həyata keçiriləcək birgə hərbi təlim çərçivəsində Venesuelaya nüvə bombardmanı edəcək iki döyüş təyyarəsi göndərib. Təlim ABŞ sanksiyaları altında çətin günlər keçirən ölkəyə dəstək vermək məqsədilə həyata keçirilir.
 
Rusiya bu çərçivədə hiper inflyasiya ilə boğuşan Venesuelaya 6 milyard dollarlıq sərmayə qoyma sözü də verib.
“Blackjack " adlandırılan Tu-160 tipli bombardman təyyarələri 10 min kilometrlik uçuşdan sonra paytaxt Karakasdakı Simon Bolivar beynəlxalq hava limanına enib.
Rusiya Müdafiə Nazirliyi Suriyadakı əməliyyatlarda da istifadə edilən bu təyyarələrin An-124 tipli hərbi yük təyyarəsi ilə Il-62 tipi bir yolçu təyyarəsini də ehtiva edən bir eskadrilyanın tərkib hissəsi olduğunu bildirib.
 
MƏQSƏDİMİZ TƏXRİBAT DEYİL
 
Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez Rus təyyarələrinin məqsədinin “təxribat" olmadığını bildirərək "Biz müharibə deyil, sülhə çalşırıq" - deyib.
Rusiyanın Karakasdakı səfiri Vladimir Zaemskiy döyüş təyyarələrinin Venesuelaya gələməsinin 2005-də keçmiş dövlət başçısı Uqo Çaves dövründə başlanılan hərbi əməkdaşlığın güclənməsinin göstəricisi olduğunu deyib.
 
ABŞ BU GƏLİŞMƏYƏ SƏRT TƏPKİ VERDİ, RUSİYA CAVAB VERDİ
 
Rusiyanın bu həmləsindən sonra ABŞ-ın xarici işlər naziri Mayk Pompeo rəsmi Twitter hesabından paylaşdığı mesajında, "Rusiya rəhbərliyi dünyanın digər ucundakı Venesuelaya iki bombardman təyyarəsi göndərib. Rusiya və Venesuela xalqı ortadakı vəziyyəti olduğu kimi görməlidir. İki korlanmış rəhbərlik xalqları əziyyət çəkərkən dövlət fondlarını boş yerə sərf etməklə, xalqın azadlıq hüquqlarını əzib keçir" deyə sərt təpki verib.Kremldən cavab gecikməyib.
Kreml, bu açıqlamanı "diplomatiyadan kənar, uyğunsuz və səhv" adlandırıb.
Müxalifət.az