Rusiyada 1500-dən çox hərbçi koronavirusa yoluxdu

Baxış sayı:
1608

Rusiyada 1576 hərbçidə koronavirus aşkarlanıb.
 
Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
 
“Hərbi idarələrdə, birləşmələrdə, orqanlarda, hərbi hissələrdə martdan 8 may tarixinə kimi aparılan ümumi testlər nəticəsində 1576 hərbçiyə koronavirus diaqnozu qoyulub. Müdafiə Nazirliyinin hospitallarında 413 nəfər, xidməti yerlərdəki izolyasiyalarda 522, mülki səhiyyə sisteminin qurumlarında 18, evlərdə isə 623 nəfər müalicə alır”, – deyə bildirilib.
 
Hərbi təhsil müəssisələrində təhsil alanlar (kursantlar, tələbələr) arasında isə 1193 nəfərin COVİD-19-a yoluxması faktı aşkarlanıb./Axar