Rusiyada 1 milyon adam təxliyə edildi

11 sentyabrdan bu yana Federal Təhlükəsizlik Xidmətinə 144 şəhərdə terror təhdidi ilə bağlı 2300 anonim zəng daxil olub. 
Bu barədə informasiyanı TASS agentliyi yayıb. İndiyə qədər bu zənglər ucbatından 2300 obyektdən 950 min insanın evakuasiya edildiyi açıqlanıb. 
Qeyd edək ki, bundan öncə Rusiya Federal Təhlükəsizlik Xidməti Aleksandr Bortnikov yalançı zənglər edən şəxslərin sayının 4 olduğunu və onların ölkə xaricində yaşadıqlarını bildirmişdi.