​Rusiya yeni silahlarını təqdim etdi: döyüş robotları – VİDEO

Baxış sayı:
4141

“Kalaşnikov” konserni yeni döyüş robotlarını nümayiş etdirib.
Axar.az xəbər verir ki, konsern ümumilikdə 5 robot təqdim edib. Bunlar “Vityaz” tapança-pulemyotu, xüsusi təyinatlı qüvvələr motosikleti, “Rosomax” maşını, uzaqdan idarə olunan portativ platform, avtomatlaşdırılmış döyüş modulları olan “Soratnik” və “Naxlebnik”dir.
Qeyd edək ki, bundan öncə Rusiya Müdafiə Nazirliyi döyüş robotlarını orduya qəbul edəcəyini açıqlamışdı.
Rusiya indiyə qədər Uran-9, “Nerexta” kimi robotları sınaqdan keçirib.