Rusiya yeni nüvə silahı ilə dünyaya meydan oxuyur - NATO VƏ ABŞ ETİRAZ ETDİ, AMMA... / FOTOLAR

Baxış sayı:
11731

Rusiya Müdafiə Nazirliyi "Göy gurultusu - 2019" təlimləri çərçivəsində strateji nüvə silahının sınağı üçün 16 ballistik raket atışını həyata keçirib.

Muxalifet.az yerli mediaya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi tərəfindən 15-17 oktyabrda Qara Dəniz, Barents, Baltik, Xəzər və Oxotsk dənizlərində start verilən "Göy Gurultusu - 2019" sınaq təlimlərinin görüntüləri yayılıb.
“RS-24 Yars”, “R-29 RMU2 raketlərindən başqa, 16 ballistik raketin də atıldığı təlimdə əvvəlcədən qeyd olunan hədəflər vurulub.
Təlimin son günlərində yayımlanan görüntülər ballistik raketlərin həm qurudan, həm dənizdən atıldığı və Rusiyanın   Kamçatka adasındakı hədəflərin tam dəqiqliklə vurulduğu bəyan olunub.
Rusiyanın daha əvvəl açıqladığı təlim NATO və ABŞ tərəfindən etirazla qarşılanmış və Kremlin bu sınaq təlimləri ilə nüvə savaşı hazırlıqlarına başladığı iddia edilmişdi.


Muxalifet.az