Rusiya yaşıl işıq yandırdı: “Türkiyə ilə birgə istehsal edə bilərik”

Baxış sayı:
8530

 Rus dövlət müdafiə sənayesi şirkəti Rosteç-in tabeçiliyində olan Rusiya vertolyotlarının baş direktoru Andrey Boginskiy Türkiyənin döyüş vertolyotu istehsalında uğurlu təcrübələrə malik olduğunu bildirərək Türkiyədə istehsal olunan (vertolyot) parçaları istifadə edərək Rus vertolyotları istehsal edə bilərik. Rusiya olaraq Türkiyə ilə birgə vertolyot istehsalını da ehtimal daxilində görürük” deyib.
 
 Andrey Boginskiy Türkiyə və Rusiya arasında birgə helikopter istehsalı məsələsinə dair də qiymətləndirmələr edərkən, "Türkiyənin döyüş vertolyotu istehsalında uğurlu təcrübələrə malik olduğunu bilirik. Buna, mülki sahəyə də yayılacağına bir potensial kimi baxırıq. Bizim də müxtəlif çeşidlərdə vertolyotlarımız var və bu səbəbdən hər cür təklifə açığıq" deyə bildirib.
Türkiyədə istehsal edilən vertolyot hissələrinin istifadəsinə da isti baxdıqlarını dilə gətirən Boginskiy, bunları qeyd edib:
“Türk Aviasiya və Kosmos Sənaye AŞ (TUSAŞ/TAI) müxtəlif hissələr istehsal edir. Bu parçaları Rusiyada istifadə edə və ya Türk tərəfdaşlarımızla sertifikalaşdırmak kimi bəzi tamamlanmış məhsulları ala bilərik. Beləliklə, Türk hissələri ilə istehsal edilmiş Rus vertolyotlarını Türkiyənin ciddi iqtisadi və ticarət bağları olan ətraf ölkələrin bazarlarına ixrac edə bilərik. Rusiya olaraq Türkiyə ilə birgə vertolyot istehsalını da ehtimal daxilində görürük".
Müxalifət.az