Rusiya XİN Trampın TƏHDİDİNƏ CAVAB VERDİ

Baxış sayı:
3316

“Bu raketlər terrorçulara doğru uçmalıdır”. “Report” Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarov bildirib. “Ağıllı raketlər qanuni hökumətlərə deyil, terrorçulara doğru uçmalıdır”, - deyə Nazirlik rəsmisi vurğulayıb. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu gün “Tvitter” səhifəsində yazıb: “Rusiya Suriyaya atacağımız raketləri vuracağını vəd edib. Rusiya, hazır ol, raketlər gəlir”. Tramp Rusiyaya müharibə ELAN ETDİ: "Raket zərbələrinə hazırlaş!" Xatırladaq ki, aprelin 8-də müxalifət qüvvələrinin nəzarəti altında olan Şərqi Guta bölgəsindəki Duma rayonunda kimyəvi silahdan istifadə edilib. Kimyəvi hücum nəticəsində 75 nəfər ölüb, 1000-dən çox adam zəhərlənib. Zərərçəkənlərin çoxunun körpə və azyaşlı uşaqlar olduğu bildirilib. ABŞ başda olmaqla Qərb dövlətləri bu cinayəti Bəşşar Əsəd rejiminin törətdiyini bəyan ediblər. Donald Tramp bu hava zərbəsinin cavabsız qalmayacağını bildirib.