Rusiya XİN-dən AÇIQLAMA: Bu ölkədəki səfirimiz KQB casusudur...

Baxış sayı:
7483

Britaniyanın bulvar qəzetləri Skripal olayının ildönümündə yanlış fikir formalaşdırmağa çalışırlar.
 
Muxalifet.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sosial şəbəkə hesabında yazıb.
 
"Bu qəzetlərdə ən önəmli nüans isə sovet-rus casusunun tapılmasıdır. Həmin casus Rusiyanın Londondakı səfiri Aleksandr Yakovenkodur", - Zaxarova kinayə ilə bildirib.
 
Qeyd edək ki, Böyük Britaniya İcmalar Palatasının 2 üzvü - Mühafizəkarlar Partiyasından Bob Sili və müstəqil deputat Yen Ostin Xarici İşlər naziri Ceremi Hantın adına məktub göndərərək, Rusiyanın ölkədəki səfiri Aleksandr Yakovenkonun keçmiş DTK və Rusiya hərbi kəşfiyyatı (QRU) ilə əlaqələrinin araşdırılmasını tələb ediblər.