Rusiya XİN-də “bomba var” xəbərdarlığı: NAZİRLİK BOŞALDILIB

Baxış sayı:
3424

Rusiya Xarici İşlər Nazirliyi “bomba” xəbərdarlığından sonra evakuasiya edilib.
 
Rusiya Xarici İşlər Nazirliyi ilə bağlı “bomba var” xəbərdarlığından sonra paytaxt Moskvadakı nazirlik binasının boşaldıldığı bildirilib.
Rusiyanın “TASS” xəbər agentliyinə görə, kimliyi hələlik müəyyənləşməyən bir nəfər tərəfindən Rusiya Xarici İşlər Nazirliyinə “bomba” xəbərdarlığı edilib. Bomba xəbərinə görə, nazirlik binasında olan 40-dan artıq əməkdaş təxliyə edilib.
Təhlükəsizlik xidmətinin araşdırmaları nəticəsində binada heç bir partlayıcı maddənin olmadığı müəyyən olunub. Xarici İşlər Nazirliyinin bomba xəbərini təsdiq etdiyi bildirilib. Rusiya üzrə ötən il 11 sentyabrdan bu yana 4 mindən çox əsassız “bomba” xəbərdarlığı edildiyi və bunun müqabilində 2,6 milyondan çox insanın binalardan təxliyə edildiyi bildirilir.
Müxalifət.az