Rusiya xarici casuslar ölkəsidir?

Baxış sayı:
4867

Rusiyada istənilən adamı əcnəbilərlə əlaqəyə görə təqib etməyə imkan verən qanun qüvvəyə minə bilər. Parlament istənilən Rusiya vətəndaşını xarici casus elan etməyə imkan verən qanunu qəbul edib, prezidentin sənədi imzalaması qalıb. Eyni zamanda internetdə kampaniya başladılıb — prezidentə yazılan açıq məktubu imzalayanlar dövlət başçısından qanunu imzalamamağı xahiş edrilər. Məktubu 60 nəfər imzalayıb. Onlar əsasən hüquq müdafiəçiləridir, amma aralarında tanınmış mədəniyyət xadimlərinin, o cümlədən də musiqiçi Andrey Makareviç və yazıçı Viktor Şenderoviçin də imzaları var. Xarici casus nədir, necə casus olmaq mümkündür və niyə hüquq müdafiəçiləri bu qanunu “hüququ cəhətdən absurd və təməlindən konstitusiyaya zidd” adlandırırlar? – bu haqda hüquqşünas Maks Oleniçev "Афиша Daily" nəşrinə danışıb. Xarici casusluq nədir? Xarici casus Rusiya ərazisində başqa dövlətin xeyrinə fəaliyyət göstərən şəxsdir. Əvvəllər yalnız hüquqi şəxslər (şirkətlər, media) casus elan edilə bilərdi. Yeni qanunun qəbulundan sonra istənilən vətəndaş xarici casus ola bilər. Xarici casus olmağın yolları Aşağıdakılar xarici casus elan oluna bilər: • Xarici mənbələrdən və ya xarici maliyyə ilə fəaliyyət göstərən Rusiya təşkilatlarından pul və ya əmlak əldə edənlər. • Xarici casus statusu verilmiş media orqanları üçün informasiya materiallarının hazırlanmasında iştirak edənlər. Məsələn, müsahibə verənlər. • Xaricdən istənilən ödəmə alanlar. Bəzi hüquqşünaslar bildirirlər ki, internet birjalarda mal satan və ya əcnəbilərə kirayə ev verən RF vətəndaşlarının əldə etdiyi qazanc da bura aid edilə bilər. Xarici casus statusunu məhkəmə qərarı ilə Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənir. Xarci casusları nə gözləyir? Xarici casus reyestrinə düşən fiziki şəxlər məcburdur: hüquqi şəxs təsis etməyə, bu haqda hakimiyyəti məlumatlandırmağa, bundan sonra istənilən informasiyanı (müsahibə, sosial şəbəkə statusları) xüsusi marka ilə yaymağa. Bunu eləməkdən imtina edən təşkilatları beş min dollara qədər cərimə gözləyir. vətəndaşlar üçün məsuliyyət hələ müəyyən edilməyib, amma bu cür qanunun qəbul edilməsi Rusiya parlamentinin planına daxildir. Xarici casuslar haqda qanun Rusiya parlamentinin hər iki palatası tərəfindən təsdiqlənib. Onun qəbul edilməsi ilə bağlı son qərarı prezident Putin verməlidir. onlarla rusiyalı mədəniyyət xadimi və hüquq müdafiəçisi prezidentə məktub ünvanlayaraq onu bu addımı atmamağa çağırıblar. Muxalifet.az