Rusiya və Yaponiyadan ABŞ HƏMLƏSİ

Baxış sayı:
7441

Rusiya və Yaponiya ABŞ-ın polad və alüminium məhsullarının idxalına qoyduğu əlavə vergi tətbiq etməsinə etiraz olaraq, ABŞ-dan idxal olunacaq mallara tətbiq olunan gömrük vergisini artırma qərarı verib.
 
Rusiya və Yaponiya ABŞ prezidenti Donald Trampın ötən günlərdə polad və alüminium məhsullarının idxalına qoyduğu əlavə vergilər mövzusunda əks həmləyə keçib.
 
REAKSİYA SƏRT OLACAQ
 
İki ölkə Trampın vergi artırma tətbiqinə qarşı ABŞ-dan idxal ediləcək məhsullardan alınan gömrük vergisini artırmağı planlaşdırır. İki ölkənin qərarı ilə bağlı açıqlama verən Dünya Ticarət Təşkilatı(ÜTT), Rusiya və  Yaponiya ABŞ-ın əlavə gömrük vergisi tətbiq etməsinə qarşı 1 milyard dollarlıq sanksiya tətbiq edərək əks həmləyə keçməyə hazırlaşır.
Dünya ticarət təşkilatı verdiyi açıqlamada Rusiyanın Trampın qərarına qarşı 538 milyon dollarlıq əlavə vergi tətbiq etməyə hazırlaşdığını bildirərkən, Yaponiyanın isə 440 milyon dollarlıq ABŞ-a cavab verməsi gözlənilir.
Müxalifət.az