Rusiya və NATO arasında gərginlik

Baxış sayı:
7321

 NATO-nun baş katibi Jens Stoltenberqin Adolf Hitler, İosif Stalin və İŞİD-ı eyni kimi qiymətləndirmsi Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanı qəzəbləndirib.
 
Mariya Zaxarova, Adolf Hitler, İosif Stalin və İŞİD-ı bir sıraya qoyan NATO baş katibi Jens Stoltenbergin axmaqcasına bir açıqlama verdiyini bildirib.
Həftəlik mətbuat konfransında açıqlama verən Zaxarova, Stoltenbergin "Azadlığın düşmənləri var. Onları çəkindirmək lazımdır. Əgər bunu edə bilməsək vuruşmağımız lazımdır. Hitleri dinc etirazçılarla dayandırmaq mümkün deyildi. Stalini sözlərlə daşındırmaq mümkün deyildi. İŞİD-a dialoq ilə qalib gəlmək mümkün olmazdı" açıqlamasına təpki göstərib.
Stoltenbergin bu bəyanatla axmaq bir tarixi məntiq zənciri yaratmağa çalışdığını qeyd edən Zaxarova, bu açıqlamanın sadəcə yersiz olmaqla bərabər, eyni zamanda da axmaq olduğunu vurğulayıb.
 
NATO-ya XEYİRXAHLIQ ARZULAYIRAM
 
 NATO-nun 70-ci illik yubileyi münasibətilə təbriklərini çatdıran Zaxarova, "NATO-ya daxili rahatlığa qovuşmaq, daha az əsəbiləşmə, obsesif düşüncələrə və fobilərə daha az qapanma arzu edirəm. Əlbəttə, fəzilət də arzulayıram" deyə söyləyib.
Müxalifət.az