​Rusiya və Misirdən tarixi razılıq – NÜVƏ SAZİŞİ

Baxış sayı:
447

Rusiya Prezidenti Vladimir Putinin regiona səfəri çərçivəsində Misirdə tikilməsi planlaşdırılan atom elektrik stansiyası barədə saziş imzalanacaq.
Muxalifət.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Məlumata görə, iki ölkə arasındakı sazişə əsasən, Misirdə atom elektrik stansiyasının tikilməsi və Rusiyanın nüvə yanacağı təchizatında dəstək olması nəzərdə tutulub.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Misirdə rəsmi səfərdədir.