​Rusiya və Misir prezidentlərinin görüşü ləğv edilib

Baxış sayı:
310

Rusiya və Misir prezidentləri Vladimir Putin ilə Əbdül Fəttah əs-Sisi arasında geniş formatda keçirilməsi planlaşdırılan görüşün Kerçdə baş vermiş partlayışdan sonra ləğv olunmasına qərar verilib.
Muxalifet.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə nümayəndə heyətindəki mənbə məlumat verib.
"Bəli, danışıqlar ləğv edildi. Əvvəlcədən planlaşdırılan nahar da sual atındadır", - mənbə deyb.
Qeyd edək ki, bu gün Kerçdə Politexnik Kollecində partlayış baş verib. İlkin məlumatlara görə, 18 nəfər ölüb, 40-dan çox adam yaralanıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov insidentlə bağlı terror hücumu versiyasının nəzərdən keçirildiyini bildirib.