Rusiya və İran arasında silahlı qarşıdurma! Ölü və yaralı əsgərlər var

Baxış sayı:
13660

 Suriyanın Deyrizor rayonunda Rusiya və İran qüvvələri arasında silahlı qarşıdurma baş verib. Meydana gələn hadisədə 2 İran əsgəri ölüb, 4 Rus əsgəri də yaralanıb.
 
Suriyada Bəşşar Əsəd rejiminə dəstək verən Rusiya və İran qüvvələri arasında Deyrizor və Hələb rayonlarında toqquşmalar baş verib.
Suriyanın Hələb və Deyrizordaki yerli mənbələrdən əldə edilən məlumata görə, Suriyanın orta hissəsində yer alan Deyrizor rayonunun Mayadin qəsəbəsində yerləşən Rus hərbi polisləri ilə İran İnqilab Mühafizəçiləri arasında qarşıdurma baş verib.
Münaqişədə 2 İranlının öldüyü, 4 Rus əsgərinin yaralandığı iddia edilib.
 
Açıqlama gözlənilir
 
 İran və Rusiyadan hələ ki, rəsmi açıqlama verilməyib.
Mənbələr Hələbin şərqində İran dəstəkli əcnəbi terrorçuların intensiv olduğu Hələb Aeroportu yaxınlığında da dünən Ruslarla İran dəstəkli qruplar arasında toqquşmaların baş verdiyini qeyd edib.
Qeyd edək ki, Suriyanın Xama şəhərində yanvar ayında rejim üçün döyüşən Rusiya dəstəkli "Pələng Qüvvələrinin 5-ci Birliyi" ilə Bəşşar Əsədin qardaşı Mahir Əsəd komandanlığı altında və İran dəstəkli "4. Firqə" arasında şiddətli toqquşmalar baş vermişdi.
Müxalifət.az