Rusiya və İran arasında KRİTİK GÖRÜŞ

Baxış sayı:
2908

Rusiya və İranın xarici işlər nazirləri bu gün Sinqapurda görüşəcək.
Muxalifet.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın nümayəndə heyətindəki mənbə bildirib.
Görüş Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN - Association of Southeast Asian Nations) ölkələrinin xarici işlər nazirlərinin konfransı çərçivəsində keçiriləcək. Tərəflərin İranın nüvə proqramı üzrə saziş ətrafında yaranan son vəziyyəti müzakirə edəcəyi bildirilir.