Rusiya və Çinin çox məxfi saxlanılan hərbi sirləri mətbuata sızdırıldı – PENTAQON RƏSMİSİNDƏN ŞÜBHƏLƏNİLİR

Baxış sayı:
3061

Rusiya və Çinin yeni gizli silahları haqda Amerika hökümətinin əldə etdiyi məxfi məlumatlar mətbuata sızdırılıb.

Muxalifet.az “The Washington Post”-a istinadən xəbər verir ki, bu məlumatlar ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat şöbəsinin əməkdaşı Henri Freze tərəfindən ötürülüb.
Qəzet ABŞ-ın Ədliyyə Nazirliyindəki mənbəyə əsasən xəbər verir ki, Aleksandriyadan (Virciniya) olan 30 yaşlı analitik "milli təhlükəsizliyə dair məxfi materialları başqa dairəyə ötürərkən iş üstündə" tutulub.
Qeyd edək ki, 2019-cu ilin avqustunda CNBC Severodvinsk (Arxangelsk bölgəsi) yaxınlığındakı hərbi təlim poliqonundakı partlayış Barents dənizinin dibindən kiçik ölçülü ağır nüvə elektrik stansiyası ilə təchiz olunmuş "Burevestnik" qlobal uzaq mənzilli qanadlı raketi qaldırmaq cəhdi ilə əlaqələndirildi.
2019-cu ilin fevral ayında kanal "Burevestnik"in on üçüncü sınağı haqqında yazdı.
2018-ci ilin dekabr ayında CNBC perspektivli Rusiya hipersəsli  gəmi əleyhinə "Zirkon"  adlanan qanadlı raketlərinin uğurlu sınaqları  barədə xəbər verdi.
2018-ci ilin avqustunda CNBC uğursuz sınaqlar zamanı 2017-ci ilin noyabrında batdığı iddia edilən “Burevestnik”i Barents dənizinin dibindən çıxarmaq üçün hazırlanan Rusiyanın missiyası haqda məlumat vermişdi.
 
Muxalifet.az